Şahid: "Malqara dərmanını südə qatıb uşağa verib" MƏHKƏMƏ YENİLƏNİB


Digərləri 18 Okt 2017 13:21:00 300 0

Şahid: "Malqara dərmanını südə qatıb uşağa verib"  MƏHKƏMƏ  YENİLƏNİB

13:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. G. Saypullayeva deyib ki, başında xəstəlik var, bunu bilərəkdən etməyib.   G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: "Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim ki, uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşanda "başıma nəsə fikir gəldi, elədim, dedi".   B. Ömərov deyib ki, uşaq onun yox Gülnarənin övladı olub və doğulandan ona atalıq edib, soyadını verib. İclasda şahid qismində ailənin yaşadığı feramanın sahibi olan Rafiq Rəhmanov da ifadə verib. Bildirib ki, həmin ailəni mehriban ailə kimi tanıyıb: "Onlara ev vermişdim orada qalırdılar. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Xəstəxanaya aparanda uşaq öldü. Gülnarə də sonradan hər şeyi boynuna aldı. Uşağın ağzından köpük gəlirdi. Mən Luizanı nəvəm kimi çox istəyirdim. Mənə baba deyirdi, ona oyuncaqlar alırdım".   Proses oktyabrın 25-də davam edəcək.

-----------

13:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.

Son.az report.az-a istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən uşağın atası Bəxtiyar Ömərovun olduğu qeyd edilib.

B.Ömərov Qusar rayonunun Hil kəndində yaşadığını söyləyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə G.Saypullayeva özünü təqsirli bildiyini deyib.