Qocalar evində yanğın: xəsarət alanlar var


Dünya 18 Okt 2017 11:03:00 260 0

Qocalar evində yanğın: xəsarət alanlar var

Rusiyada qocalar evində yanğın olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, İrkutskda qocalar evində baş vermiş yanğında 14 nəfər tüstüdən zəhərlənib. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən 3-nün vəziyyəti ağırdır.

İkimərtəbəli fərdi binanın qocalar evi kimi qanunsuz fəaliyyət göstərdiyi bildirilir.