"Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır"


Digərləri 18 Okt 2017 11:08:00 272 0

"Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır"

"Azərbaycan hüquqi dövlət yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə verdiyi sərəncamlarla sonuncu Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlar başlayıb:

"Əvvəla vitse-prezidentlik institutu yaradıldı, birinci vitse-prezident təyin oldu və birinci vitse-prezidentin aparatı, iş strukturu formalaşdırıldı və uğurla da fəaliyyət göstərir. Prezidentin növbəti sərəncamı ilə Nazirlər Kabinetində struktur dəyişiklikləri aparıldı, Nazirlər Kabinetinin daha çevik, daha səmərəli və funksional olması üçün çox mühüm tədbirlər həyata keçirildi və bunun da məqsədi idarəetmədə çevikliyi artırmaq, insanlara daha yaxın olmaq, bürokratiyanı aradan qaldırmaq və daha səmərəli və optimal, müasir idarəetmə sistemi qurmaqdır".