Bakıda kirayə mənzillər bahalaşıb - Səbəb tələbələr


Digərləri 18 Okt 2017 07:50:00 294 0

Bakıda kirayə mənzillər bahalaşıb - Səbəb tələbələr

Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb.

Bakı. Elçin Mehdiyev – Bakıda sentyabr ayında kirayə mənzillərin qiyməti bahalaşıb. "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində artım 4,63 faiz təşkil edib. N.İbrahimov bildirib ki, qiymətlərin artmasına kirayə mənzil bazarında aktivliyin yüksəlməsi səbəb olub. O qeyd edib ki, ali təhsil müəssisələrində dərslərin başlanması ilə əlaqədar olaraq, Bakıya çoxlu sayda tələbələr gəlir və kirayə mənzil axtarırlar: “Bu baxımdan bazarda aktivlik artır və təbii ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”. Ekspert bildirib ki, növbəti aylarda qiymətlərin stabilləşəcəyi ehtimal edilir.