İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirdi


Dünya 17 Okt 2017 22:06:00 337 0

İrəvanda taksi sürücüləri etiraz aksiyası keçirdi

Ermənistanın paytaxtı İrəvandda taksi sürücüləri etiraz aksiyası keçiriblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, cərimələrə qarşı etiraz edən taksi sürücüləri nəqliyyat və rabitə naziri Vahan Martirosyanın və baş nazir Karen Karapetyanın istefasını tələb ediblər.

Aksiya zamanı "Avtomobil sürücülərinin müdafiəsi liqası"nın sədri Tiqran Ovanisyan nazirin heç bir işlə məşğul olmadığını deyib.

"Bütün taksi sürücülərini cərimələyirlər, nazir bizə söz vermişdi ki, parlamentdə taksi xidmətləri ilə bağlı problemləri qaldıracaq, ancaq heç nə etmədi".