Mətanət bahalı hədiyyələrini sadaladı


Şou-biznes 17 Okt 2017 14:33:00 368 0

Mətanət bahalı hədiyyələrini sadaladı

"Xəzər TV"də yayımlanan "5/5" verilişinin qonağı olan xanım ifaçı Mətanət Əsədova paltarının qiymətini və ona hədiyyə edilən maşınların adlarını açıqlayıb. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Mətanət Əsədova qeyd edib ki, ona maşın bağışlayanların sayı çoxdur. 

"Range Rover, BMW X5, Mercedes, AUDİ Q7 maşınları hədiyyə ediblər", - müğənni qeyd edib. 

Mətanət Əsədova ən bahalı paltarının qiymətini də açıqlayıb. 

"Ən bahalı paltarımın qiyməti 12 min manatdır. Bəzi paltarlarımı dostlarım hədiyyə edir. Əynimdəki paltarımın qiyməti isə 3 min manatdır", - müğənni qeyd edib.