Zibillikdən körpə qız tapıldı


Dünya 17 Okt 2017 13:25:00 400 0

Zibillikdən körpə qız tapıldı

Valideynləri körpəni qız uşağı olduğuna görə atıblar

Hindistanın Bhopal şəhərində zibillikdən körpə qız uşağı tapılıb.

Son.az Britaniya mediasına istinadla bildirir ki, iddialara görə, valideynləri körpəni qız uşağı olduğuna görə atıblar.

Çay evi sahibi olan Dheeraj Rathore adlı şəxs körpəni zibillikdən tapanda onun üstündə qarışqaların və digər həşəratların toplaşdığını söyləyib.

"Zibil atmağa gedəndə körpə səsi eşitdim. Zibilliyin içini eşdim, körpəni çıxartdım. Onu zibillikdən çıxaranda başında və bədənində həşəratlar gəzirdi".


Xəbərə aid fotolar