Kərkük oyunu: ABŞa inananlar ağlayırlar


Dünya 17 Okt 2017 12:02:00 366 0

Kərkük oyunu: ABŞa inananlar ağlayırlar

"Amerika bizə yardım edəcək, arxa duracaq!" şüarını hayqıranlara bu, əla dərsdir. Marionetkalarının problemləri amerikalıları heç zaman düşündürməyib: ABŞ-ı qayğılandıran həmişə elə ABŞ-ın maraqlarıdır.

İŞİD-lə amansız savaşın getdiyi, faktiki olaraq kürdlər, sünni ərəblər və şiə ərəblər arasında parçalanmış İraqda yeni cəbhə açılıb. İraq qoşunları sentyabrın 25-də referendum keçirərək "dövlət müstəqilliyi"ni bəyan etmiş Kürdüstan Muxtariyyəti ilə  birbaşa hərbi qarşıdurmaya başlayıb.

ABŞ-ın İraqdakı koalisiyasının iki müttəfiqi arasındakı mübahisə mövzusu isə Kərkük və bu şəhərin ətrafındakı zəngin neft yataqlarıdır.

Kərkük bölgəsi formal olaraq Kürdüstan Muxtariyyətinə daxil olmasa da, 2014-cü ilin iyun ayından bəri kürdlərin "peşmərgə" silahlı birləşmələrinin nəzarətindədir.

Kərkük vilayətinin qubernatoru da Məsud Bərzaninin sədr olduğu Kürdüstan Demokrat Partiyasının funksioneri, kürd Nəcməddin Kərim idi.

Kərkük kürdlərin əlindən alınandan sonra N.Kərim vəzifəsindən kənarlaşdırılıb. İraqın baş naziri Heydər Abadinin göstərişi ilə vilayətin qubernatoru postuna N.Kamalın müavini, ərəb Rəkan Səid Əli Ciburi təyin olunub.

Kürdlərin Kərkükü qoyub qaçmalarının səbəbkarlarının da tapıldığı deyilir.

Bərzaninin nəzarətindəki kürd mediasında yayılan xəbərlərə görə, illərdən bəri "peşmərgə"lərin "alınmaz qala" saydıqları, kürdlərin çoxsaylı hərbi obyektlər və bazalar yaratdıqları Kərkükün cəmi bir neçə saat ərzində İraq ordusunun əlinə keçməsində Pavel Tələbani, Lahur Tələbani və Aras Şeyx Cənginin müstəsna rol oynadıqları vurğulanır.

Bağdadla Kürdüstan Muxtariyyətinin paytaxtı Ərbil arasındakı illərdən bəri davam edən münaqişənin savaşa çevrilməsi İraqın parçalanması ilə yanaşı, Yaxın Şərqdə yeni gərginlik ocağının yaranmasına səbəb olacaq.

Son həftələr ərzində İraqın mərkəzi hakimiyəti ilə Kürdüstan Muxtariyyəti arasındakı münasibətlər fasiləsiz sərtləşirdi. Lakin tərəflər son anadək bəyan edirdilər ki, tarıma çəkilmiş əsəblərin döyüşlərə çevrilməsinə və yeni regional münaqişənin yaranmasına imkan vermək istəmirlər.

Ötən həftənin sonlarında İraqın baş naziri Heydər əl Əbadi Kərkükə qoşunların yeridilməsi, bölgədə təhlükəsizliyin və sabitliyin bərpası barədə əmr vermişdi. Onun sözlərinə görə, mübahisəli Kərkükə yerli və federal qüvvələr məhz Bağdadın rəhbərliyi ilə nəzarət etməlidir.

"Savaş istəmirik, lakin federal hakimiyyət son sözü deməlidir və kimsə Bağdadın səlahiyyətlərinə qəsb edə bilməz", - söyləyən əl Əbadi kürdlərin "peşmərgə" dəstələrinə İraq ordusuna qoşulmağı, Kərkükdəki mübahisəli əraziləri kontrol altına almağı təklif etmişdi.

2014-cü ildə Kərkük vilayətini ələ keçirmiş Kürdüstan Muxtariyyəti isə neft yataqlarını və strateji obyektləri itirməmək üçün şəhərə 6 min "peşmərgə" yeritdi.

Lakin "peşmərgə"lər İraq ordusu isə birbaşa toqquşmalardan yayınırdılar.

Status-kvonu əl Əbadi pozdu: o, bazar ertəsi qoşunlara Kərkükdə əməliyyata başlamaq əmri verdi. Cavab olaraq Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani "müstəqillik referendumu"nun nəticələrini ləğv etməyəcəyini dedi.

1 milyon sakini olan, ərəblərin, kürdlərin və türkmənlərin yaşadığı Kərkükdə əməliyyat başlayandan cəmi 6 saat sonra şəhərin əksər hissələri İraq ordusunun və xüsusilə də İranın nəzarətindəki "Həşdi Şabi"nin ("Xalq dəstələri") nəzarətinə keçdi.

Bu əməliyyat planının gerçək müəllifi isə İraq ordusunun və "Həşdi Şabi"nin Kərkük uğurunun memarı - İranın "Pasdaran" korpusundakı "Qüds" briqadasının komandiri, general Qasım Süleymanidir. Məhz o,  İraqın sabiq naqliyyat naziri, indisə "Həşdi Şabi"nin komandanı olan Hadi əl Amiri ilə birlikdə "Kərkük əməliyyatı"nə hazırlayıb gerçəkləşdirmişdi.

General Süleymani İraqın Mosul və Həvicə şəhərlərinin İŞİD-dən azad edilməsi əməliyyatlarının da müəllifi, rəhbəri olub.

İraq ordusunun Kərkük əməliyyatı Kürdüstan Muxtariyyətinin rəhbərliyi üçün, gerçəkdən də, gözlənilməz oldu. Bununla belə, İraqın baş naziri Heydər əl Əbadinin məqsədləri hələ də aydın deyil.

O, Kərkük vilayətini tam kontrol altına almaq və kürdlərlə amansız savaşa başlamaq istəyir, yoxsa Ərbilin mövqelərini yumşaltmaq üçün bu "nümayiş aksiyası" ilə kifayətlənəcək?

Kürdlərin illərlə hazırladıqları və möhkəmləndikləri mövqeləri cəmi 7 saatda tərk etməsinin başlıca səbəbininsə Ərbildəki Məsud Bərzani hökumətinə müxalif olan, mərhum Cəlal Tələbani ailəsinin idarə etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) davranışı olduğu vurğulanır.

Məhz KVİ-nin "peşmərgə" dəstələri Kərkükdəki strateji mövqelərdən könüllü geri çəkildilər və İraq ordusunun irəliləməsinə rəvac verdilər.

İddialara görə, Kərkük əməliyyatı ərəfəsində iranlı general Qasım Süleymani KVİ-nin "qəlbi"nə, Süleymaniyyə şəhərinə yollanaraq orada Tələbaninin oğulları Pavel və Lahur Tələbanilərlə danışıqlar aparıb.

Kərkükün İraq ordusunun və "Həşdi Şabi"nin əlinə keçməsi də həmin gizli danışıqların nəticəsidir.

Türkiyə amili də çox önəmlidir. Kərkük sakinlərinin arasında xeyli türkmən var və onlar bu şəhəri İraq Türkmənistanı Muxtariyyətinin gələcək paytaxtı elan ediblər.

Təsadüfi deyil ki, Kərkükdə əməliyyat başlamazdan öncə türkmənləri liderləri "Silahlanın, küçələrə çıxın!" çağırışları ilə çıxış etdilər.

Şəhər küçələrində indi on minlərlə silahlı türkmən dolaşır və onlar iraqlı hərbçilərlə, "Həşdi Şabi" ilə eyni cəbhədədir.

İraq türkmənlərinin arxasında isə Türkiyə durur.

Kürdlərin İraqda ABŞ-ın "vuran gücü" və İsrailin əsas təsir rıçaqı, "Həşdi Şabi"nin isə bütünlüklə İrandan idarə olunan silahlı birləşmə olduğunu nəzərə alsaq, Kərkükdə yaşananlar, əslində, böyük güclərin İraqdakı yeni toqquşmasıdır.

Üstəlik, Bağdadla Ərbilin münaqişəsi son vaxtlar aldığı ağır zərbələrdən xeyli zəifləyən, amma məhv olmamış İŞİD üçün çoxdan gözlənilən nəfəs dərmək və qisas almaq imkanı yaradır.

İndi əsas məsələ Bağdadın nə edəcəyidir.

Bağdaddakı mərkəzi hakimiyyət Kərkükü nəzarət altına almaqla kifayətlənəcək, yoxsa "müstəqillik referendum"u keçirərək İraqdan ayrılmaq istəyini bəyan edən Kürdüstan Muxtariyyətinin ərazisinə daxil olaraq separatçıların planlarını darmadağın edəcək - zaman göstərəcək.

Tələbani ailəsinin rəhbərlik etdiyi Kürdüstan Vətənpərvərlər İttifaqı və "Həşdi Şabi" arasındakı gizli anlaşmanın bəzi detalları bəlli olub.

9 bəndlik anlaşma belədir:

1. Kürdlərin "peşmərgə" dəstələrinin əlində olan mübahisəli ərazilər heç bir müqavimət olmadan İraqa qaytarılır

2. Kərkük vilayətinin 17 inzibati vahidi qeyd-şərtsiz iraqa qaytarılır.

3. Kərkükdə 6 ay müddətinə birgə idarəçilik sistemi reallaşdırılır: bu zaman 15 rayonu kürdlər idarə edəcək, 25 rayonun rəhbərliyini yerli sakinlər seçəcəklər

4. Kərkükdəki bütün strateji obyektlər, habelə aeroport və neft yataqları Bağdada verilir

5. Süleymaniyyə aeroportu