Tramp Cənubi Koreyaya səfər edəcək


Digərləri 17 Okt 2017 11:47:00 215 0

Tramp Cənubi Koreyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp noyabr ayının 7-8-i Cənubi Koreyaya səfər edəcək.

Bakı. ABŞ Prezidenti Donald Tramp noyabr ayının 7-8-i Cənubi Koreyaya səfər edəcək. Trend-in məlumatına görə, əvvəlcə D.Trampın səfərinin noyabrın 6-ı başlaması planlaşdırılsa da, Seul həmin gün ABŞ prezidentini “lazımi diplomatik protokol”la təmin edə bilməyəcəyini bildirib. Mütəxəssislərin fikrincə, səfər zamanı D.Tramp cənubi koreyalı həmkarı Mun Çje İnlə ikitərəfli siyasi və iqtisadi münasibətləri, eləcə də Şimali Koreya məsələsini müzakirə edəcək.