Əfqanıstanda polis idarəsinə hücum olub


Digərləri 17 Okt 2017 10:49:19 226 0

Əfqanıstanda polis idarəsinə hücum olub

Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub.

Bakı. Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub. Trend-in məlumatına görə, bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib. Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib. DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib.