Məşhur müğənni avtomobil qəzasına düşdü


Dünya 17 Okt 2017 10:39:00 281 0

Məşhur müğənni avtomobil qəzasına düşdü

Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov avtomobil qəzasına düşüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Perm diyarının Usolsk rayonu ərazisində baş verib.   Q.Qazmanov "Instagram" səhifəsində yazıb ki, qəzaya avtomobilin təkərlərinin yoldakı çuxurda zədələnməsi səbəb olub.   "Elə indicə qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Hamı ehtiyatlı olsun", - deyə müğənni yazıb.   O, daha sonra qeyd edib ki, Permə oktyabrın 18-də konsert vermək üçün gəlib. Müğənni qəzanın körpüdə baş verdiyini də əlavə edib.     Hüquq-mühafizə orqanlarından və yol xidmətindən hələlik heç bir açıqlama verilməyib.