"Qazel"in cihazlar panelində "tetris" oynadı VİDEO


Digərləri 17 Okt 2017 09:58:00 360 0

"Qazel"in cihazlar panelində "tetris" oynadı  VİDEO

Vasili Şeptulya adlı Youtube istifadəçisi öz şəxsi kanalında maraqlı video paylaşıb.

Son.az publikaya istinadən vəbər verir ki, "Qazel" markalı avtomobilin cihazlar panelində gizlədilmiş oyun funksiyasını aşkarlayan sürücü, bunu sosial şəbəkədə paylaşıb.

Görüntülərdə sürücü iddia edir ki, sağ tərəfə dönmə işığını 3 dəfə yandırıb, uzaq işıqları 2 dəfə yandırıb söndürməklə, 5 dəfə mufta əyləcini basaraq dövrlər sayını 2000-nə qaldırdıqdan sonra cihazlar panelinin üzərindəki sol tərəfdə olan balaca düyməni sıxmaq kifayət edir ki, oyun aktivləşsin.

Nəticədə yürüş göstəricinin yerində oyun ekranı açılır. Ekranın aşağı sol və sağ hissəsində olan düymələrlə oyunu oynamaq mümkündür.

Həmin maraqlı görüntünü təqdim edirik: