“Tesla” bir həftədə 400 nəfəri işdən çıxardı


Digərləri 17 Okt 2017 08:45:00 335 0

“Tesla” bir həftədə 400 nəfəri işdən çıxardı

Elektrik avtomobillər istehsalçısı "Tesla" şirkəti ötən həftə təxminən 400 nəfər əməkdaşını işdən azad edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinə əvvəllər şirkətin yığım xəttində işləyən keçmiş əməkdaşı bildirib.   İxtisara düşənlər arasında bir sıra sıravi işçilər və orta rütbəli rəhbər şəxslər də olub.

Bu məlumatı cavablandıran "Tesla" bəyan edib ki, işdən çıxarılma personalın fəaliyyətinin illik qiymətləndirilməsi nəticəsində olub. Ancaq şirkət işdən çıxarılan işçilərinin sayını təsdiqləməyib.