İŞİD Kərkük yaxınlığında iki kəndi ələ keçirdi


Dünya 17 Okt 2017 08:38:00 309 0

İŞİD Kərkük  yaxınlığında iki kəndi ələ keçirdi

Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir

İŞİD terrorçuları İraqın şimal-qərbində, Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Al-Sumaria" telekanalı mənbəyə istinadən xəbər verib. Qeyd olunur ki, terrorçuların gəlişi vaxtı kəndlərin onlarla sakini evlərindən qaçıb. . Daha əvvəl İraq ordusu ölkənin şimalında Kərkükü - vilayətin eyniadlı inzibati mərkəzini ələ keçirib. İraq hökuməti bildirib ki, orduya yerli kürdlərlə hər hansı qarşıdurmaya getməmək barədə və ancaq özünümüdafiə çərçivəsində hərəkət etmək əmri verilib.