Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var


Digərləri 17 Okt 2017 08:20:00 322 0

Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var

Həsən Bayramov başından xəsarət alıb

Bərdə rayonunda qohumlar arasında qanlı hadisə ilə nəticələnən mübahisə olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Kətəlparaq kəndində qeydə alınıb. Kənd sakini Bayramov Həsən Elşad oğlu yeznəsi ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı H. Bayramov başından agır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir. Faktla bağlı Bərdə Rayon Polis Bölməsində araşdırma aparılır.