Smartfondan ən çox harada istifadə olunur?


Digərləri 17 Okt 2017 07:22:00 320 0

Smartfondan ən çox harada istifadə olunur?

"Counterpoint" tədqiqat şirkəti dünya əhalisinin smartfondan istifadə müddətinin öyrənildiyi hesabatın nəticələrini dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə görə, istifadəçilərin yarısı smartfondan gündə 5 saatdan, 26 faizi 7 saatdan çox istifadə edir. Hər il dünya istehlakçıları yeni qurğulara 370 milyard dollardan çox vəsait xərcləyir.

Bundan başqa, "Counterpoint" ölkələr üzrə ətraflı məlumat dərc edib. Məlum olub ki, inkişaf etməkdə olan ölkələrin sakinləri smartfondan inkişaf etmiş ölkələrin əhalisi ilə müqayisədə daha çox istifadə edir. Buna orta hesabla Malayziyada daha çox vaxt (istifadəçilərin 55 faizi - 5 saatdan çox) sərf olunur. Yaponiyada isə bu göstərici ən aşağıdır. Belə ki, Gündoğar ölkənin əhalisinin 43 faizi smartfondan istifadəyə 3 saatdan az vaxt sərf edir.

Hesabata görə, rəyi soruşulanların 64 faizi smartfondan istifadə zamanı ən populyar səhifələrə baxışı hesab edir. Populyarlığına görə sonrakı yerlərdə mobil oyunlar (62 faiz), zənglər (56 faiz) və bildirişlərin göndərilməsi (54 faiz) qərarlaşıb; burada söhbətin "SMS", "iMessage" və s. kimi servislərdən getdiyi ehtimal edilir.

Ümumilikdə dünyada istifadəçilər smartfonları 21 ayda bir dəfə dəyişir. Meksikada isə bu göstərici 18 aya bərabərdir. Maraqlıdır ki, Yaponiya bu siyahıda da sonuncu yerdə qərarlaşıb: yerli istifadəçilər smartfonları 26 ayda bir dəfə yeniləyir.