Britaniya baş naziri və Avropa Komissiyasının sədri: Brexit üzrə daha ciddi danışıqlar aparılmalıdır


Digərləri 17 Okt 2017 05:42:00 272 0

Britaniya baş naziri və Avropa Komissiyasının sədri: Brexit üzrə daha ciddi danışıqlar aparılmalıdır

Yaxın vaxtlarda Brexit üzrə daha ciddi danışıqlar aparılmalıdır

Bakı. Yaxın vaxtlarda Brexit üzrə daha ciddi danışıqlar aparılmalıdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey və Avropa Komissiyasının sədri Jan-Klod Yunker Brüsseldə işgüzar nahar zamanı bildiriblər. Danışıqlar zamanı əldə olunan irəliləyişlər müzakirə edilib və bu səylərin yaxın aylarda daha fəallaşdırılmalı olduğu qənaətinə gəlinib.