Pentaqon: İŞİD-in Yəməndəki düşərgəsinə zərbə zamanı onlarla terrorçu öldürülüb


Dünya 17 Okt 2017 02:07:27 312 0

Pentaqon: İŞİD-in Yəməndəki düşərgəsinə zərbə zamanı onlarla terrorçu öldürülüb

Terroçuların silahları "AK-74" avtomatları, pulemyot və qumbaraatanlardan ibarət olub

ABŞ-ın silahlı qüvvələri Yəməndə İŞİD terror qruplaşması əleyhinə əməliyyat keçirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Penqaton məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ-ın silahlı qüvvələri Əl-Beyd vilayətində İŞİD terrorçuları hazırlayan iki düşərgəyə zərbə endirib. Zərbə nəticəsində onlarla terrorçu məhv edilib.

Əməliyyatın təfərrüatları açıqlanmır. Pentaqonda bildiriblər ki, terroçuların silahları "AK-74" avtomatları, pulemyot və qumbaraatanlardan ibarət olub.