Tunisdə hərbi gəmi ilə qayığın toqquşması nəticəsində ölənlərin sayı 34-ə çatıb


Dünya 17 Okt 2017 01:39:16 255 0

Tunisdə hərbi gəmi ilə qayığın toqquşması nəticəsində ölənlərin sayı 34-ə çatıb

Axtarışlar davam edir

Tunisin Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə qayığın toqquşması nəticəsində ölənlərin daha 16-nın meyiti tapılıb.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bununla da ölənlərin ümumi sayı 34-ə çatıb.

On nəfərin meyiti bazar ertəsi səhər saatlarında, daha 6 nəfərin meyiti isə günün ikinci yarısında sudan çıxarılıb. Oktyabrın 8-də baş vermiş toqquşma nəticəsində ümumilikdə 34 nəfər ölüb. 

Ölənlər qayığın içində təcrid olunmuş vəziyyətdə qalıb. Axtarışlar davam edir. 

Qeyd edək ki, toqquşma Kerkenna adasından 54 km məsafədə qeydə alınıb. Tunisin hərbi gəmisi miqrantların olduğu qayığı yoxlamaq istəyib.