London metrosunda naməlum şəxs insanlara hücum edib: ölən və xəsarət alanlar var - YENİLƏNİB


Dünya 17 Okt 2017 01:11:00 351 0

London metrosunda naməlum şəxs insanlara hücum edib: ölən və xəsarət alanlar var - YENİLƏNİB

Hüquq-mühafizə orqanları hücumu terrorizmlə əlaqələndirmir

Londonun "Parsons Green" metrostansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 1 nəfər həlak olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Press Association" məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis ərazini əhatəyə alıb və faktla bağlı təhqiqata başlayıb. 

***00:19

London metrosunda naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" "The Independent" qəzetinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkənin hüquq-mühafizə orqanları hücumu terrorizmlə əlaqələndirmir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.