Türkiyədə ABŞ konsulluğunun saxlanılmış əməkdaşının qohumları azadlığa buraxılıb


Dünya 17 Okt 2017 01:06:31 309 0

Türkiyədə ABŞ konsulluğunun saxlanılmış əməkdaşının qohumları azadlığa buraxılıb

Onlar ölkəni tərk etməmək şərtilə azadlığa buraxılıb

ABŞ-ın Türkiyədəki Baş Konsulluğunun FETÖ ilə əlaqədə şübhəli bilinən əməkdaşının həyat yoldaşı və qızı azadlığa buraxılıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Qeyd olunur ki, ABŞ-ın diplomatik korpusunun əməkdaşının qohumları ölkəni tərk etməmək şərtilə azadlığa buraxılıb.

ABŞ-ın Ankaradakı səfirliyi baş verənlərlə bağlı narahatlığını ifadə edib və Baş Konsulluğun əməkdaşı barəsində irəli sürülmüş ittihamı əsassız adlandıraraq onu ölkələr arasında münasibətləri pozmaqda ittiham edib.

Daha əvvəl bildirilib ki, ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyənin XİN rəhbərinə amerikalının saxlanılmasına görə narahatlığını ifadə edib.