Tramp: "АBŞ İraqla kürdlər arasındakı münaqişədə tərəf tutmayacaq"


Dünya 16 Okt 2017 23:31:53 340 0

Tramp: "АBŞ İraqla kürdlər arasındakı münaqişədə tərəf tutmayacaq"

Münaqişənin mövcud olma faktı ABŞ-ın xoşuna gəlmir

ABŞ prezidenti Donald Tramp ölkəsinin rəsmi Bağdadla İraqın kürd müxtariyyəti arasında yaranan münaqişədə tərəf tutmayacağını açıqlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, münaqişənin mövcud olma faktı ABŞ-ın xoşuna gəlmir.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-Abadi bazar ertəsi Kərkük vilayətinə hökumət qoşunlarının yeridilməsi barədə əməliyyatın başlanılmasını elan edib. Kürd muxtariyyətrtinin hərbi birləşmələri şəhəri İŞİD terroçularından aldıqdan sonra onu öz nəzarəti altında saxlayıb. 

Mübahisəli ərazi üstündə münaqişə kürd muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirməsindən sonra kəskinləşib.