İraq ordusu Kərkükə nəzarəti tamamilə bərpa etdi


Dünya 16 Okt 2017 20:27:00 353 0

İraq ordusu Kərkükə nəzarəti tamamilə bərpa etdi

İraq ordusu peşmərgə tərəfindən heç bir müqavimət görmədən Kərkükü tam nəzarət altına alıb.

Son.az Trend-ə istinadən bildirir ki, peşmərgə qüvvələrinin şəhəri döyüşsüz tərk etdiyi bildirilir.

Şəhərin inzibati binalarının üzərində İraq bayraqları asılıb. Kərkükün qubernatoru Nəcməddin Kərim də daxil olmaqla, kürd muxtariyyətinə loyal məmurların şəhərdən qaçdığı xəbər verilir.