Dubayda "ağıllı skamya"lar quraşdırılıb (FOTO)


Digərləri 16 Okt 2017 18:47:30 369 0

Dubayda "ağıllı skamya"lar quraşdırılıb (FOTO)

Dubay polisi şəhərdə 6 ədəd “ağıllı skamya” quraşdırıb.

Bakı. Dubay polisi şəhərdə 6 ədəd “ağıllı skamya” quraşdırıb. Trend-in məlumatına görə, bu skamyalar Günəş enerjisi ilə işləyir. “Ağıllı skamya”lar elektron qurğular üçün iki USB girişlərlə və “Wi-Fi” routerlə təchiz olunub. Bu skamyalar qaranlıqda işıqlanır, çox isti havada isə sərinləndirilir. Dubay polisi “Ağıllı şəhər” layihəsi çərçivəsində bu cür skamyalardan daha çox quraşdırmağı planlaşdırır.