"Evim 7 yerdən partlayıb" Sakinlər qorxu içində VİDEO FOTO


Digərləri 16 Okt 2017 18:24:00 322 0

"Evim 7 yerdən partlayıb"  Sakinlər qorxu içində  VİDEO  FOTO

Şamaxının Saqiyan kənd sakinləri evlərində gecələyə bilmir.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, səbəb isə uzun müddətdir ki, Şamaxını cənginə alan torpaq sürüşməsidir. Sürüşmə zonasında yerləşən Şamaxının ən təhlükəli ərazisi məhz Saqiyan kəndi hesab olunur.

Kənddəki vəziyyəti işıqlandırmışıq. Hasarlar dağılıb, evlər uçub, tavan çöküb. Bu, Şamaxının Saqiyan kəndindəki ümumi mənzərənin təsviridir. Kəndin bu vəziyyətə düşməsinin səbəbi isə sürüşmədir. Havaların yağmurlu və soyuq keçməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib. 

Aydın Cəfərov (sakin) : "Gecə evdə heç kim qalmır. Gündüz gəlirik, çay-çörək yeyib axşam qonşulara gedirik".

Səməndər Aslanova (sakin) : "Evim 7 yerdən partlayıb. Tək qala bilmirəm. Qorxuram".


Xəbərə aid fotolar