Keçmiş sevgilisi tərəfindən qətlə yetirilən aparıcının məzarını gecələr ziyarət edən kimdir? VİDEO


Digərləri 16 Okt 2017 17:32:00 343 0

Keçmiş sevgilisi tərəfindən qətlə yetirilən aparıcının məzarını gecələr ziyarət edən kimdir?  VİDEO

Türkiyənin məşhur aparıcısı Vatan Şaşmaz 27 avqust axşamı keçmiş model sevgilisi Filiz Aker tərəfindən bir otel otağında silahla vurularaq öldürülmüşdü. Böyük kədər içində olan ailəsi mərhum sənətçinin məzar daşını hazırladıb. Sevənləri hər həftə sonu məzarı ziyarət edərək Şaşmaz üçün dua edirlər.

Son.az Sözcü-yə istinadən xəbər verir ki, mərhum aparıcı və aktyor Vatan Şaşmazın vəfatından təxminən iki ay sonra qəbri ilk dəfə görüntülənib.

Əldə edilən məlumata görə, Şaşmazın pərəstişkarları xüsusən həftə sonunda mərhum sənətçinin məzarını ziyarət edirlər.

Səlahiyyətlilərdən əldə edilən digər bir məlumata görə isə mərhum aparıcı Vatan Şaşmazın məzarını zəngin təbəqənin nümayəndələri və maqazin dünyasından da bir çox şəxs ziyarət edir. Ancaq məşhur simalar ziyarət zamanı görüntülənməmək üçün gecə saatlarını seçirlər.

Məhəmməd Vaqif