Tanınmış ifaçının 2 yaşlı oğlu təcili yardımla xəstəxanaya çatdırıldı


Şou-biznes 16 Okt 2017 17:35:00 386 0

Tanınmış ifaçının 2 yaşlı oğlu təcili yardımla xəstəxanaya çatdırıldı

Tanınmış müğənni Sevda Sanalıyeva böyük stress keçirib.

Son.az xəbər verir ki, xəbərçi.az-a daxil olan məlumata görə ifaçının oğlu xəstəxanaya çatdırılıb. Məlumatı dəqiqləşdirmək üçün ifaçı ilə əlaqə saxladıq:

"Bəli, doğrudur. Havadan oldu, ya virusdur nədir bilmədik ... Oğlum çox pis xəstələnmişdi. Hərarəti get-gedə lap çoxalırdı. Təcili yardımla xəstəxanaya çatdırdıq. Uşağın halı çox pis idi. Gedib o dünyanı görüb, gəldim. Amma şükür indi artıq hər şey yaxşıdır, həkimlər sağ olsun".