Tarix dərsliyində daha bir biabırçılıq


Digərləri 16 Okt 2017 17:24:00 322 0

Tarix dərsliyində daha bir biabırçılıq

Ölkənin orta məktəblərində istifadə olunan dərsliklərdəki nöqsanlarla bağlı şikayətlərin ardı-arası kəsilmir.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, daha bir müzakirə olunası məqam 6-cı sinif şagirdləri üçün nəzərdə tutulan "Azərbaycan Tarixi" kitabı ilə bağlıdır.

Məsələ burasındadır ki, 2015-ci ilin 6-cı sinif "Azərbaycan Tarixi" dərsliyində üst paleolit dövrünün e.ə. 40-ci minillikdən e.ə.12-ci minilliyə qədər olduğu göstərilib. Ancaq 2017-ci ilin buraxılışında isə üst paleolit dövrünün e.ə. 35-ci minillikdən e.ə.12-ci minilliyə qədər mövcud olduğu yazılıb.

Bu isə istər-istəməz müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, üst paleolit dövrü ilə bağlı doğru məlumat iki il əvvəl nəşr edilən kitabda yer alıb. Bu uyğunsuzluğun isə qəbul imtahanında abituriyentləri çətin vəziyyətə salacağı istisna deyil.

Bəs, görəsən, mövcud problem necə həll olunmalıdır? Məsələyə aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. O isə Yenicag.az-a açıqlamasında səhvlərin olduğunu təsdiqləməklə yanaşı, problemin həlli yolunu da göstərdi: