ABŞ Azərbaycandan 17 milyard dollar qazandı


Digərləri 16 Okt 2017 15:29:00 279 0

ABŞ Azərbaycandan 17 milyard dollar qazandı

ABŞ şirkətlərinin Azərbaycanda investisiya qoyuluşundan əldə etdiyi mənfəət 17 milyard dollar təşkil edib.

Son.az Trend-ə istiadən xəbər verir ki, bunu Bakıda Azərbaycan-ABŞ biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın investisiya cəlbediciliyini saxladığını göstərir: "ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 12,7 milyard dollar təşkil edir, həmin vəsaitin bir milyard dolları qeyri-neft sektoruna qoyulub".