Naziri istefaya göndərən aktrisa 38 il sonra danışdı: "Hələ də sevirəm"


Digərləri 16 Okt 2017 14:53:00 388 0

Naziri istefaya göndərən aktrisa 38 il sonra danışdı: "Hələ də sevirəm"

Aynur Aydan 38 il sonra bununla bağlı danışıb

70-ci illərdə "Naziri istefaya göndərən qadın" kimi tanınan aktrisa-müğənni Aynur Aydan 38 il sonra bununla bağlı danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, vaxtilə daxili işlər naziri Hasan Fehmi ilə yaşadığı eşq ilə gündəmdən düşməyən 71 yaşlı aktrisa onu hələ də unuda bilmədiyini deyib:   "Ondan incisəm də, unuda bilmirəm. Bəzən onunla görüşməyimizi qəzetlərə mənim məlumat ötürdüyümü iddia edirdi, amma heç bir media orqanının pul təklifini qəbul etməmişəm. Yenə mənə qayıtsa, ona baxaram. Biz bir-birimizi çox sevmişdik. 6 ay eşq yaşadıq. İndi həyat yoldaşı rəhmətə gedib. Xanımı ilə heç vaxt bir-birimizi narahat edib, artıq-əskik söz danışmadıq. Uşaqları məni çox istəyirdilər".

Qeyd edək ki, 1979-cu ildə Aynurla yaşadığı sevgi münasibəti üzə çıxan nazir Hasan Fehmi istefa etməyə məcbur olmuş, uzun müddət bu qeyri-qanuni sevgisi ilə gündəmdən düşməmişdi.


Xəbərə aid foto