Tbilisidə partlayış - Yaralılar var


Digərləri 16 Okt 2017 14:47:00 290 0

Tbilisidə partlayış - Yaralılar var

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Bakı. Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Partlayışın ardınca başlayan yanğının qarşısı alınıb. Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.