"Bakıda qətl törədən şəxs yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib"


Digərləri 16 Okt 2017 14:30:00 323 0

"Bakıda qətl törədən şəxs yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib"

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, oktyabrın 15-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Həsənov saxlanılıb.