ABŞ Azərbaycana qoyulan investisiyalardan 17 milyard dollar qazanıb


Digərləri 16 Okt 2017 13:54:55 284 0

ABŞ Azərbaycana qoyulan investisiyalardan 17 milyard dollar qazanıb

ABŞ şirkətlərinin Azərbaycanda investisiya qoyuluşundan əldə etdiyi mənfəət 17 milyard dollar təşkil edib.

Bakı. Ənvər Məmmədov - ABŞ şirkətlərinin Azərbaycanda investisiya qoyuluşundan əldə etdiyi mənfəət 17 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bunu Bakıda Azərbaycan-ABŞ biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. Onun sözlərinə görə, bu, Azərbaycanın investisiya cəlbediciliyini saxladığını göstərir: “ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 12,7 milyard dollar təşkil edir, həmin vəsaitin bir milyard dolları qeyri-neft sektoruna qoyulub”. O qeyd edib ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsində də artım qeydə alınıb: “Bu ilin ilk səkkiz ayı ərzində ABŞ-la ticarət dövriyyəsi 416 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur”.