Azərbaycada daha bir bank ləğv edilir?


Digərləri 16 Okt 2017 13:07:23 309 0

Azərbaycada daha bir bank ləğv edilir?

Azərbaycanın iki köklü bankı - "Rabitəbank" və "Bank Respublika" konsolidasiya (birləşmə) ilə bağlı danışıqlar aparır.

Milli.A zxəbər verir ki, bu barədə APA-ya bank sektorundakı bir neçə mənbə, o cümlədən sözügedən bankların adının çəkilməsini istəməyən əməkdaşları bildirib.

Həmsöhbətlərimizdən birinin sözlərinə görə, hələlik proses danışıqlar mərhələsindədir: "İki bankın rəhbərliyi konsolidasiya ilə bağlı danışıqlar aparır. Hələlik danışıqlar mərhələsində olan proses yaxın vaxtda hüquqi mərhələyə keçəcək".

Mənbə onu da əlavə edib ki, bir müddətdir hər iki bank ATM şəbəkəsini birləşdirməklə məşğuldur.