Referimiz Avropa Liqasının oyununa təyinat alıb


Digərləri 16 Okt 2017 12:22:19 292 0

Referimiz Avropa Liqasının oyununa təyinat alıb

“Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Bakı. UEFA Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.