Sürücülərin küçə davası: sataşdıqları adam MMA döyüşçüsü çıxdı VİDEO


Digərləri 16 Okt 2017 07:07:00 386 0

Sürücülərin küçə davası: sataşdıqları adam MMA döyüşçüsü çıxdı  VİDEO

Yolda iki avtomobil sürücüsü arasında yaşanan dava sosial şəbəkələrdə sürətlə yayılıb.

Görüntülərdən məlum olur ki, qarşıdakı avtomildən çıxan 2 nəfər şəxs xuliqanlıq məqsədilə "Pejo" markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onu təhqir edir, daha sonra isə avtomobilə küt alətlə zərbə endirir.

Son.az bildirir ki, "Pejo" markalı avtomobilin sürücüsü MMA (Mixed Martial Arts) döyüşçüsü olub. İdmançı hər iki şəxsi zərbələri ilə zərərsiz hala salaraq, hadisə yerindən uzaqlaşır.

Hadisə şahidləri tərəfindən anbaan lentə alınan görüntüləri təqdim edirik. (publika.az)