BMWdən böyük elektrokar FOTO


Digərləri 15 Okt 2017 21:05:00 392 0

BMWdən böyük elektrokar  FOTO

BMW şirkəti Frankfurt avtosalonuna Vision Dynamics adlı konsept-kar gətirib. Yenilik seriyalı modeldən xəbər verir. O, elektrokar i3 ilə idman hibridi i8 arasında yer tutacaq.

Son.az auto.az-a istinadən bildirir ki, yeniliyin güc qurğusu barədə hələlik məlumat verilmir. Buna baxmayaraq, şirkətdən bildiriblər ki, avtomobil yerindən 100 km/saata 4 saniyəyə sürətlənə bilər, onun maksimal sürəti 200 km/saatdır. Tam dolu elektrik enerjisi ilə o, 600 km məsafə qət edə bilər.

BMW Vision Dynamics uzun təkər bazası, getdikcə alçalan dam xətti, çox qısa qabaq və arxa kənarlar, o cümlədən böyük şüşələr alıb. Şirkətdən bildiriblər ki, bütün bunlar gələcəkdə avtomatik və yarıavtomatik idarəolunan avtomobillərin hamısı üçün xarakterik cəhətlər olacaq.


Xəbərə aid fotolar