Bakıda təkrar satılan mənzillər bahalaşıb


Digərləri 15 Okt 2017 20:54:00 336 0

Bakıda təkrar satılan mənzillər bahalaşıb

Sentyabr ayında Bakıda mənzillərin qiymətində artım müşahidə olub.

Son.az Trend-ə istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun dediyinə qörə, sentyabr ayında təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib.

Ekspert bildirib ki, ilkin mənzil bazarında isə qiymətlərdə 6.56 faiz azalma müşahidə edilib.

N.İbrahimov qeyd edib ki, təkrar satılan mənzillərin qiymətlərinin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin çoxalmasıdır: "Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar".