Azərbaycan dilinin normalarını pozanlar cərimələnə bilər VİDEO


Digərləri 15 Okt 2017 20:41:00 307 0

Azərbaycan dilinin normalarını pozanlar cərimələnə bilər  VİDEO

Azərbaycanda ləhcə ilə danışan bəzi şəxslər cərimələnə bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət televiziya-radio proqramları, reklam çarxları və reklam lövhələrindəki dil pozuntularına yol verən hüquqi şəxslərdən gedir. Ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu yeni layihə hazırlayır. Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyir ki, hazırda cərimələrin hansı söz və ifadələrə görə tətbiq olunacağının detalları müzakirə edilir. Cərimələrin məbləği isə Milli Məclisin yekun qərarından sonra müəyyənləşdiriləcək. Sevinc Əliyevanın sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə media və reklam sahəsində bu tip cərimələr mövcuddur. Azərbaycanda da bu cərimələr dilin qorunub saxlanmasını təmin edəcək. Qeyd edək ki, cərimələrin yalnız hüquqi şəxslərə tətbiqi nəzərdə tutulub. Fiziki şəxsləri isə heç bir cərimə gözləmir.


Xəbərə aid video