Allahın adlarını insana qoymaq olar?


Digərləri 15 Okt 2017 19:15:00 439 0

Allahın adlarını insana qoymaq olar?

Allahın adlarını - məsələn, Əziz, Rəhim, Lətif, Kərim, Həmid adlarını – insana qoymaq olar?

Allahın adlarını - məsələn, Əziz, Rəhim, Lətif, Kərim, Həmid adlarını - insana qoymaq olar?

Allahın adlarından 100 ədədi xüsusilə məşhurdur və bunlara "əsmaül-hüsna", yəni ən gözəl adlar deyirlər. Əsmaül-hüsnaya Allah, Rəhman, Rəhim, Kərim, Qədir, Əliyy, Əzim, Lətif, Həmid və s. adlar daxildir. Bu adların hamısını, yalnız ikisindən başqa, insana qoymaq icazəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, yalnız Allah və Rəhman adları insana qoyula bilməz, çünki bu adlar Yaradana məxsusdur, başqa heç kim bu iki ada sahib çıxa bilməz. Bu adları yalnız əvvəlinə "əbd" artırmaqla insana qoymaq olar: Abdullah və Əbdürrəhman şəklində. Qalan əsmaül-hüsnanı da "əbd" hissəciyi artımaqla (Əbdürrəhim, Əbdülkərim, Əbdüləzim, Əbdülhəmid və s.) insana qoymaq daha bəyəniləndir, amma vacib deyil, adın özünü də qoymaq olar.