1000 at güclü Mercedes FOTO


Digərləri 15 Okt 2017 19:05:00 312 0

1000 at güclü Mercedes  FOTO

Mercedes-AMG şirkəti hibrid hiperkar Project One təqdim edib. Yenilikdə Formula-1 bolidlərindəki yüksək texnologiyadan istifadə olunub. Avtomobil Frankfurt avtosalonu çərçivəsində təqdim ediləcək.

Son.az auto.az-a istinadən bildirir ki, Mercedes-AMG Project One dəqiqədə 11 min dövr vura bilən, 1,6-litrlik V6 hibrid güc qurğusu ilə təchiz edilib. Mühərrikdə standart yaylı klapanlar əvəzinə pnevmo paylayıcılardan, o cümlədən elektrikli turbo yükləyicilərdən istifadə edilib.

Avtomobilin arxa hissəsində yerləşdirilmiş daxili yanma xüsusiyyətli mühərrik elektrik mühərriki ilə birgə çalışır. Onların arxa oxa ötürülən ümumi gücü 680 a.g.-dür. Qabaq təkərlərin hər birində əlavə köməkçi elektrik aqreqatı dayanır. Hiperkarın hibrid güc qurğusunun gücü 1000 a.g.-dür.

Elektrik mühərrikləri tökmə-ion akkumulyatorlardan qidalanır. Onlar əyləc zamanı qabaq təkərlərdən enerjinin 80 faizini bərpa edə bilirlər. Yalnız elektrik dartma gücü ilə 25 km məsafə qət etmək olar.


Xəbərə aid fotolar