Qırğızıstanda prezident seçkiləri başa çatıb


Digərləri 15 Okt 2017 18:48:45 245 0

Qırğızıstanda prezident seçkiləri başa çatıb

Qırğızstanda bu gün keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.

Bakı. Qırğızstanda bu gün keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib. Hal hazırda səslərin hesablanması aparılır. Qeyd edək ki, ölkədə 2375 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə 11 namizəd iştirak edir.