"Ofelya" qasırğası 3-cü kateqoriyadək güclənərək İrlandiyaya doğru irəliləyir


Dünya 15 Okt 2017 01:26:40 337 0

"Ofelya" qasırğası 3-cü kateqoriyadək güclənərək İrlandiyaya doğru irəliləyir

İnfrastrukturun mümkün zədələnməsi və subasmalar istisna olunmur

Atlantik okeanı üzərində formalaşan “Ofelya” qasırğası 3-cü kateqoriyadək güclənib və İrlandiyaya doğru irəliləyir.

“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ və İrlandiyanın Milli Meteoroloji Xidmətləri məlumat yayıb.

Sinoptiklərin sözlərinə görə, sürəti saatda 130 km-dək çatan külək Kork, Kerri, Kler, Qoluey və Meyo qraflıqlarına təhlükə yarada bilər.

Hava şəraitinin pişləşməsi səbəbindən infrastrukturun mümkün zədələnməsi və subasmalar istisna olunmur.

Qeyd edək ki, “Ofelya” qasırğası oktyabrın 13-də ikinci kateqoriyayadək güclənib.