KXDR: Sülhə doğru yolda bizə əngəl yaradacaq bütün qüvvələr məhv ediləcək


Dünya 14 Okt 2017 23:57:29 427 0

KXDR: Sülhə doğru yolda bizə əngəl yaradacaq bütün qüvvələr məhv ediləcək

An Don Çxun: "Bu yolda bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq"

Şimali Koreya ölkənin dinc həyat sürməsi yolunda ona əngəl yaradacaq bütün düşmənləri məhv etməyə hazırdır.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Parlamentlərarası Birliyin assambleyası çərçivəsində Şimali Koreya nümayəndə heyətinin başçısı, ölkə parlamentinin vitse-spikeri An Don Çxun deyib.

“Bizim ölkə istəyir ki, dinc gələcəyimiz olsun. Bu səbəbdən, bu yolda bizə maneçilik törədən bütün düşmənləri məhv etməyə hazırıq", - deyə o əlavə edib.

Şimali Koreya nümayəndəsi digər suallara cavab verməkdən imtina edib. O, Sankt-Peterburqa şəhəri seyr etməyə və şəkillər çəkməyə gəldiyini deyib.