Şəmkirdə yeniyetmə qız ağacdan yıxılardı


Digərləri 14 Okt 2017 23:56:00 345 0

Şəmkirdə yeniyetmə qız ağacdan yıxılardı

Şəmkirdə yeniyetmə ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Sabirkənd kənd sakini 2003-cü il təvəllüdlü Rüstəmova Nərgiz Elşən qızı döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Atasının dediyinə görə, xəstə nar yığan zaman ağacdan yıxılıb və şifer parçası onun döş qəfəsinə bataraq xəsarət yetirib.