Fransa hərbçilərinin təyyarəsi qəzaya uğradı:


Dünya 14 Okt 2017 23:17:00 341 0

Fransa hərbçilərinin təyyarəsi qəzaya uğradı:

Kot-di-Vuar sahillərində Fransanın hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Son.az Reuters-ə istinadən bildirir ki, Ukrayna aviaşirkətinə məxsus olan təyyarə Fransanın Kot-di-Vuardakı hərbi kontingenti üçün yük daşıyırdı.

Burkina-Fasodakı Uaqaduku şəhərindəki hava limanında səmaya qalxan təyyarə Abican sahillərində suya düşüb.

Qəzada təyyarə heyətinin Moldova vətəndaşı olan 4 üzvü həlak olublar, 3 fransalı hərbçi yaralanıb.