Dəməşq Türkiyəyə tələb:


Dünya 14 Okt 2017 22:02:00 379 0

Dəməşq Türkiyəyə tələb:

Dəməşq Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə SANA agentliyinə ölkə XİN-dən bildirilib. "Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır", - deyə XİN-dən bildirilib.      "Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur. Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir", deyə XİN nümayəndəsi qeyd edib.