Bıçaqla tanışını hədələdi


Digərləri 14 Okt 2017 21:24:00 368 0

Bıçaqla tanışını hədələdi

Bakıda həmkəndlisinə qarşı quldurluq edən şəxs saxlanılıb. O, bıçaqla tanışını hədələyib pul və mobil telefonunu əlindən alıb. Hadisə paytaxtdakı restoranların birində baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tanışı ilə restorana gedən şəxs sonda ona qarşı qulduruluq edib. Hadisə ötən ayın 29-da paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Təbriz Alahverdiyev ''102'' xidmətinə məlumat verib ki, restoranlardan birində tanışı, yeyib içdikdən sonra onu bıçaqla hədələyərək 110 manat pulunu və mobil telefonun əlindən alıb. Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Tariyel Təhməzov saxlanılıb. O, ifadəsində qeyd edilən cinayəti törətdiyini və hadisədən sonra bir müddət istintaqdan yayınmaq məqsədi ilə Ağcabədi rayonunda gizləndiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam edir. Polis əməkdaşları quldurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.


Xəbərə aid video