Qubada 72 yaşlı qadını maşın vurub


Digərləri 14 Okt 2017 20:39:00 294 0

Qubada 72 yaşlı qadını maşın vurub

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki,  hadisə magistralın İqrıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  1945-ci il təvəllüdlü Sədaqət İskəndərovanı maşın vurub. Xəsarət alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.   Faktla bağlı araşdırmalar aparılır.