Somalidə partlayış törədilib: 20 ölü, 15 yaralı


Dünya 14 Okt 2017 18:35:01 332 0

Somalidə partlayış törədilib: 20 ölü, 15 yaralı

Yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış zamanı 20 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.

Bildirilir ki, yollardan birində işində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Hadisə zamanı daha 15 nəfər yaralanıb.

Asayiş keşikçilərinin sözlərinə görə, partlayış yük maşını polis avtomobilini təqib edərkən baş verib.